2024-cü ildə İsrail işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə məxsus 1767 binanı dağıdıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin saytında məlumat verilib.
Bildirilib ki, qüvvələr 2010-cu ilin yanvarından 2025-ci ilin yanvarına qədər İordan çayının qərb sahilinin A və B bölgələrində dağıdılması nəticəsində 2822 fələstinlini deportasiya edib.
İordan çayının qərb sahilində A və B bölgələrində İsrailin hücumları nəticəsində zərər görən fələstinlilərin sayı isə 90 mini keçib.
Əli Hüseynov