• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı toplaşdı

DÜNYA

31 Yanvar 2022 | 20:28 | Müəllif: Subhan Mahmudov

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı toplaşdı

BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafında vəziyyətlə bağlı iclas keçirmək üçün toplaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna ilə bağlı iclasın keçirilməsini daha əvvəl ABŞ tələb edib.

Prosessual səsvermə zamanı BMT Təhlükəsizlik Şurası iclasın keçirilməsinin lehinə çıxış edib. Beləliklə, 10 ölkə lehinə, Rusiya və Çin əleyhinə səs verib, üç ölkə bitərəf qalıb. İclasın keçirilməsi üçün doqquz dəstək səsi lazım olub.

Şuranın sədri, Norveçin daimi nümayəndəsi Mona Juulun verdiyi məlumata görə, iclasda Ukrayna, Belarus, Litva və Polşa nümayəndələri iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR