• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

BNA rəsmisi “Qurd”un təyinatına AYDINLIQ GƏTİRDİ

GÜNDƏM

20 Aprel 2021 | 12:47

BNA rəsmisi “Qurd”un təyinatına AYDINLIQ GƏTİRDİ

Bakı Nəqliyyat Agentliyi “Qurd” ləqəbi ilə tanınan məşhur repçi Fərid Eminova vəzifə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentliyin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, Fərid Eminov Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsində çalışır.

Qurum rəsmisi bildirib ki, hər bir əməkdaş kimi Fərid Eminovla da işə qəbul zamanı müvafiq müsahibə aparılıb.

"Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb", - deyə M.Ağayev qeyd edib.(azvision.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR