• Bakı 21° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Boraltan - azadlığın tələsi” tarixi romanı çapdan çıxıb

CƏMİYYƏT

29 Sentyabr 2022 | 15:45

“Boraltan - azadlığın tələsi” tarixi romanı çapdan çıxıb

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun  “Boraltan - azadlığın tələsi” tarixi romanı çapdan çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, kitab İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə Cümhuriyyət Xalq Partiyası (CHP) hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli və nakam taleyinə həsr olunub.

Tarixi faktlar əsasında yazılan roman son 100 ildə Türkiyə tarixində baş vermiş hadisələr fonunda işlənib, sovet əsgərlərinin elə sərhəddəcə güllələdiyi 146 azərbaycanlının keçdiyi çətin və iztirablı yola işıq tutub.

Qeyd edək ki, bu, yazıçının tarixi janrda yazdığı ikinci romanıdır. Ötən il müəllifin böyük oxucu rəğbəti qazanan “Nargin – saralmış kədər” romanı işıq üzü görüb.

Hər iki roman MİMTA yayınlarının dəstəyi ilə çap olunub.


SON XƏBƏRLƏR

18 Aprel 2024