• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrelin say problemi: Aİ rəsmisinin qeyri-obyektiv açıqlamaları

SİYASƏT

06 Dekabr 2023 | 15:49 | Müəllif: Qalib İbrahimoğlu

Borrelin say problemi: Aİ rəsmisinin qeyri-obyektiv açıqlamaları

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxış edib. Dövlətimizin başçısı çıxışı zamanı Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin uydurma açıqlamasına da münasibət bildirib.

“150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edən Borrelin sözlərinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb ki, hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı yalan danışır: "Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür ki, onun öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib.

Millət vəkili Asim Mollazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin müəyyən problemləri var.

Deputat vurğulayıb ki, Aİ rəsmisinin qeyri-obyektiv açıqlamaları da bunu göstərir: "Görünür, Jozep Borrelin həndəsə ilə, hesablarla bağlı problemləri var. Bəlkə məktəbdə düzgün təhsil almayıb? Ona görə də indi saymağı bacarmır”.

Onun sözlərinə görə, hansısa amillər olmalıdır ki, Borrel hətta erməni lobbisindən daha çox rəqəmləri gündəmə gətirir, Qarabağdan könüllü çıxan ermənilərin sayının 150 min olduğunu iddia edir.

“Hamı bilir ki, bu, uydurmadır. Əlbəttə, Borrel yuxu da görə bilər, ancaq istənilən halda onun sayla ciddi problemlərinin olduğu aydındır", - deyə Asim Mollazadə qeyd edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR