• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Borrell və Quterreş taxıl dəhlizini müzakirə etdi

DÜNYA

30 Oktyabr 2022 | 18:42 | Müəllif: Subhan Mahmudov

Borrell və Quterreş taxıl dəhlizini müzakirə etdi

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Josep Borrell və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə avropalı diplomat tviterdə yazıb.

“BMT-nin baş katibi Antonio Quterreşlə Qara dəniz razılaşmasını müzakirə etmək və Ukraynadan taxıl və gübrə ixracını təmin etmək üçün tədbirləri koordinasiya etmək məqsədilə telefon danışığım olub.

Rusiya ərzağın dəniz dəhlizi üzərindən dünyaya çatdırılmasını təmin edən razılığa qayıtmalıdır. Aİ qlobal ərzaq böhranına qarşı öz rolunu oynayacaq”, - Borrell vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026