• Bakı 22° C

    5.14 m/s

“Borussiya”nın hücumçusu “Napoli”nin hədəfində

İDMAN

25 Yanvar 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

“Borussiya”nın hücumçusu “Napoli”nin hədəfində

“Napoli” Dortmund “Borussiya”sının hücumçusu Kərim Adeyemini transfer edə bilər. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi 23 yaşlı forvard üçün 52,5 milyon avro ödəməyə hazırdır.

“Napoli”nin baş məşqçisi Antonio Konte Adeyemini sərəncamında görmək istəyir. 

Qeyd edək ki, cari mövsüm Kərim Adeyemi bütün turnirlər nəzərə alınmaqla 13 matçda meydana çıxıb, 5 qol vurub və 5 dəfə də məhsuldar ötürmə müəllifi olub. Almaniyalı futbolçunun Dortmund klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026