• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Böyük Qayıdışla bağlı fləşmob keçirildi

CƏMİYYƏT

19 Mart 2024 | 13:46 | Müəllif: Qalib İbrahimoğlu

Böyük Qayıdışla bağlı fləşmob keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib.

Bakıvaxtı.az xəbər verir ii, fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb.

Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1453 ailə, yəni 5719 nəfər doğma yurda köçürülüb. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini təmin edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış həmvətənlərimiz haqqında hazırladığı növbəti fləşmobu təqdim edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026