• Bakı C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

Braziliya nümayəndəsi: Bütün insanların bərabər hüquqları qorunmalıdır

COP29

21 Noyabr 2024 | 11:35

Braziliya nümayəndəsi: Bütün insanların bərabər hüquqları qorunmalıdır

Bizim üçün çoxsəviyyəli yanaşmamın qəbul edilməsi iqlim ədalətinə doğru atılan vacib və əsaslı bir addımdır. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Braziliya Xarici İşlər Nazirliyinin iqlim məsələləri üzrə direktoru Liliam Çaqas COP29 çərçivəsində keçirilən panel müzakirə zamanı bildirib.

Qeyd edib ki, iqlim dəyişikliyi hər kəsi təsir etsə də, onun nəticələri müxtəlif sosial, iqtisadi və mədəni faktorlar əsasında fərqli cəmiyyətlər və qruplar arasında bərabər paylanmır:

"Məsələn, qadınlar, yerli icmalar, aşağı gəlirli insanlar və ya marjinallaşmış qruplar iqlim dəyişikliyinin təsirlərinə daha həssasdır və bu qruplar mövcud problemlərdən daha çox zərər çəkirlər".

Direktor bildirib ki, çoxsəviyyəlilik yanaşması fərqli sosial və mədəni kateqoriyaların bir-biri ilə necə əlaqəli olduğunu və bu əlaqələrin insanların iqlim dəyişikliyinə necə təsirləndiyini anlamamıza kömək edir:

"Sözügedən məsələlər siyasətlərin və fəaliyyətlərin hər kəsin bərabər hüquq və imkanlarla qorunmasını təmin etməsi üçün vacibdir. Beləliklə, yanaşmaların qəbul edilməsi, iqlim dəyişikliyi ilə mübarizədə yalnız texniki həllərin deyil, həm də sosial ədalət və insan hüquqlarına əsaslanan yanaşmaların tətbiqini zəruri edir. İqlim ədalətinə nail olmaq üçün hər kəsin səsi eşidilməli və hər kəs üçün uyğun həllər hazırlanmalıdır. Bu, yalnız bütün insanların bərabər hüquqlarını qorumaqla mümkün ola bilər".

Əli Hüseynov


SON XƏBƏRLƏR