• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Britaniyada 51 milyard dollar dəyərində AES-in tikintisi planlaşdırılır

DÜNYA

22 Iyul 2025 | 12:24

Britaniyada 51 milyard dollar dəyərində AES-in tikintisi planlaşdırılır

Böyük Britaniya hökuməti 38 milyard funt sterlinq (51 milyard dollar) dəyərində "Sizewell C" atom elektrik stansiyasının (AES) tikintisinə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Layihənin 44,5 %-i hökumətə, 20 %-i Kanadanın pensiya fondu “Caisse de Depot et Placement du Quebec”ə, 15 %-i “Cetrica Plc” enerji şirkətinə, 7,5 %-i “Amber Infrastructure Group Ltd” investisiya firmasına məxsus olacaq. Fransanın EDF şirkətinin layihədə payı 12,5 % təşkil edəcək.

Yeni AES-in tikintisi üçün borc vəsaitin əsas hissəsini Böyük Britaniyanın Milli Rifah Fondu təmin edəcək.

Yeni AES-in 6 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcəyi gözlənilir.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025