• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Brüs Uillisin qızı atasının səhhətindən DANIŞDI

DÜNYA

09 Noyabr 2023 | 17:06

Brüs Uillisin qızı atasının səhhətindən DANIŞDI

ABŞ-li aktyor Brüs Uillisin qızı Tallula Uillis frontotemporal demensiya (FTD) diaqnozu qoyulan atasının durumundan danışıb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərini “Page Six” nəşri yayıb.

“Onun vəziyyəti hələ də eynidir və düşünürəm ki, bu, istəyə biləcəyiniz ən yaxşı şeydir. Onun yanında olanda sevgini görürəm. Bu mənim atamdır, o məni sevir və bu, həqiqətən də xüsusi hissdir”, - Tallula Uillis bildirib.

Qeyd edək ki, “Die Hard” filmi ilə tanınan Brüs Uillis səhhətində yaranan problemlərə görə 2022-ci ildə kino karyerasını tərk etmək məcburiyyətində qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026