• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək

SİYASƏT

22 Aprel 2021 | 10:45

Bu gün bitərəf deputatlar MSK üzvlüyünə namizədləri müəyyənləşdirəcək

Bu gün Milli Məclisdə bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar iclas keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, iclasda bitərəf deputatlar MSK-ya onları təmsil edəcək namizədləri müəyyən edəcəklər.

Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026