• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bu gün İstanbul derbisi var

İDMAN

21 Oktyabr 2023 | 13:08

Bu gün İstanbul derbisi var

Bu gün futbol üzrə Türkiyə Superliqasında IX tura start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Beşiktaş” komandaları arasında olacaq. “Rams Park” stadionunda keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Halil Umut Meler idarə edəcək.

Səkkiz turdan sonra “sarı-qırmızılılar” 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar. 16 xalı olan “ağ-qaralar” isə 4-cü sırada yer alıblar.

İlk oyun günündə derbi ilə yanaşı, “Kayserispor” – “Rizespor”, “Qaziantep” – “Antalyaspor” və “Konyaspor” – “Pendikspor” oyunları da keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasında turnir cədvəlinə 8 turdan sonra maksimum nəticə (24 xal) ilə “Fənərbağça” başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026