• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bu gün NATO-nun Zirvə görüşü keçiriləcək

DÜNYA

09 Iyul 2024 | 09:48

Bu gün NATO-nun Zirvə görüşü keçiriləcək

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO-nun Zirvə görüşü bu gün işə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək sammitdə NATO-ya üzv dövlətlərin hökumət başçıları iştirak edəcək.

Sammitdə əsas gündəm mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. 

Həmçinin, bu sammitdə alyans 1949-cu ildə 12 ölkənin Vaşinqtonda “Şimali Atlantika Müqaviləsi”ni imzalanmasının 75 illik yubileyini qeyd edəcək.

Qeyd edək ki, görüş iyulun 11-də yekunlaşacaq.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026