• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsrailin yeni hədəfi bu şəxsdir 

DÜNYA

08 Avqust 2024 | 08:53 | Müəllif: Əli Hüseynov

İsrailin yeni hədəfi bu şəxsdir

İsrailin Müdafiə Qüvvələri HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı məhv etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

O, Sinvarın yeni rütbə aldığını xatırladıb: “Rütbəsinin dəyişdirilməsi onun arxasınca getməyimizə mane olmayacaq. Bu, bizi motivasiya edir.

Yəhya Sinvarı tapmaq üçün səy göstərəcəyik ki, o, hədəfə çevrilsin və onlar (HƏMAS - Qeyd) yenidən Siyasi Büronun rəhbərini dəyişsinlər.

Bütövlükdə son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirmişik. Ən problemli düşmənlərimizin yüksək səviyyəli komandirlərini məhv etmişik və biz dayanmayacağıq”.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakdan sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026