İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, xüsusilə Cenin, Tulkərm şəhərləri və Əl-Faraa qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib.
Bildirilib ki, ümumilikdə bir həftə ərzində orada 35-ə yaxın fələstinli radikal məhv edilib. Terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb.
Bundan əlavə, onlarla silah və partlayıcı qurğu müsadirə edilib, partlayıcı maddələrin istehsalı üzrə üç laboratoriya dağıdılıb.