• Bakı 12° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

SEPAH təlimlərə başlayıb - VİDEO

DÜNYA

08 Avqust 2024 | 09:14 | Müəllif: Əli Hüseynov

SEPAH təlimlərə başlayıb - VİDEO

Bu gün İranın qərbində İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) geniş miqyaslı hərbi hava hücumundan müdafiə təlimləri keçirməyə başlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, yəlimlərin məqsədi ölkənin hava müdafiə sistemlərinin effektivliyini artırmaq və milli təhlükəsizliyi təmin etməkdir.

Bildirilib ki, təlimlər zamanı SEPAH-ın hava hücumundan müdafiə qüvvələri ən müasir texnologiyalardan istifadə edərək mümkün hava hücumlarına qarşı müxtəlif ssenarilər üzrə təcrübələr keçirəcək.

Təlimlərdə həmçinin, yer-hava raket sistemləri, radarlar və pilotsuz uçan aparatların (PUA) da daxil olduğu geniş spektrli hərbi texnika nümayiş olunacaq.

SEPAH rəhbərliyi bu təlimlərin İranın müdafiə qabiliyyətinin və regional sabitliyinin gücləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR