• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putinlə Ərdoğanın telefon danışığı bitdi - YENİLƏNİB

DÜNYA

01 Aprel 2022 | 18:44 | Müəllif: Subhan Mahmudov

Putinlə Ərdoğanın telefon danışığı bitdi - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşü müzakirə olunub.

Ərdoğan Rusiya və Ukrayna liderlərini görüşdürmək istədiyini bildirib. Putin buna görə Ərdoğana təşəkkür edib.


***17:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vldimir Putin arasında telefon danışığı başlayıb. 

Bakıvatxı.az xəbər verir ki, məlumatı "Ahaber" yayıb.


***14:09

Putin Ərdoğanla telefon danışığı aparacaq.

Bakıvatxı.az TASS-a istinadən bildirir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskovun jurnalistlərə dediyinə görə, Rusiya prezidenti Vladimir Putin cümə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra beynəlxalq telefon danışıqları aparacaq.

"Gündəlikdə Putinin bir neçə beynəlxalq telefon danışığı var. Onlardan biri artıq Ankaradakı həmkarlarımız tərəfindən açıqlanıb, bu, Ərdoğanla söhbət olacaq, biz bunu təsdiq edirik", - Peskov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026