• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu gündən ictimai nəqliyyatda geniş haqları artır

CƏMİYYƏT

03 Fevral 2023 | 00:35 | Müəllif: Subhan Mahmudov

Bu gündən ictimai nəqliyyatda geniş haqları artır

Bu gündən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir.

Bakıvaxtı.az xəbər verir ki, yeni tariflərə görə bu gündən etibarən metro və şəhər daxili avtobus nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpikdir.

Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə edilir.

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib.

Qeyd edək ki, qüvvəyə minən qərar Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026