• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

CƏMİYYƏT

05 Iyul 2024 | 11:35

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",-deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026