Bakıda liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 20 nömrəli məktəb-liseydən bildirilib.
Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil.
Məlumatda bildirilir ki, ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması qeydə alınıb.
















