• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu marşrutların hərəkət sxemində dəyişiklik ediləcək

CƏMİYYƏT

10 Dekabr 2021 | 17:16

Bu marşrutların hərəkət sxemində dəyişiklik ediləcək

Sabah saat 11:00-dan 15:00-a qədər Bakıda 7B, 79,165, 205 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Bakıvaxtı.az bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, buna səbəb S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətin tətbiq edilməsidir.

Dəyişikliyə əsasən sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi – C.Səlimov küçəsi – Ə.Salamzadə küçəsi – Tbilisi prospekti, daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR