• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Bu məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı

CƏMİYYƏT

13 Iyul 2024 | 09:57

Bu məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı

Mingəçevirdə məktəb direktoru işindən azad edilib.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. 

Qeyd edilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə bir neçə istiqamətdə yoxlamalar aparılıb və yoxlama zamanı təlim-tədris prosesinin təşkili, məktəbin idarəolunmasında neqativ hallar aşkar olunub. 

Yoxlamanın nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova 14 iyun 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə tutduğu direktor vəzifəsindən azad edilib.


SON XƏBƏRLƏR