• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Bu müharibə ilə yeni dünya yaranır" - Borrell

DÜNYA

13 Oktyabr 2022 | 14:45

"Bu müharibə ilə yeni dünya yaranır" - Borrell

Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının yenilənməsinə aparır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu bu gün Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, “soyuq müharibə”dən sonrakı dövr artıq başa çatıb.

“Rusiyanın Ukraynaya hücumu və Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Aİ dəyişir. Bu müharibə başqa bir Aİ yaradacaq” – deyə Borrel vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR