• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Bu ölkədə çipslərin satışı qadağan edilə bilər

DÜNYA

21 Mart 2025 | 05:21

Bu ölkədə çipslərin satışı qadağan edilə bilər

Rusiyada çipslərin aksizli məhsul sırasına daxil etmək, eyni zamanda onların yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsi təklif edilir.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, bu təkliflə Rusiya Baş naziri Mixail Mişustinə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) yanında İctimai Şuranın rəhbəri Oleq Pavlov müraciət edib.

Sənəddə o da bildirilir ki, hələ 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) transyağlarla zəngin qidaların, o cümlədən çipslərin istehlakını azaltmağı və ya qadağan etməyi tövsiyə edib. Təşkilatın məlumatına görə, transyağların istehlakı ürək-damar xəstəliklərinin inkişafına və hər il dünyada 500 minə qədər insanın vaxtından əvvəl ölümünə səbəb olur.


SON XƏBƏRLƏR

23 Aprel 2025