• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bu ölkədə xolera epidemiyası yayılır

DÜNYA

10 Noyabr 2022 | 06:49 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə xolera epidemiyası yayılır

Qərbi Afrika ölkələrindən olan Nigeriyada kolera epidemiyasında həyatını itirənlərin sayı 382-yə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin müxtəlif əyalətlərində xüsusilə güclü yağışların səbəb olduğu daşqınlardan sonra kolera epidemiyasının başladığını açıqlayıb.

İlin əvvəlindən ölkədə 11 820 nəfərdə kolera aşkarlanıb. Epidemiya nəticəsində həyatını itirənlərin sayı 382-yə yüksəlib.

İnsanların nazik bağırsaqlarında “Vibrio” bakteriyasının parazitləşməsi nəticəsində yaranan kolera daha çox içməli su və çirklənmiş su ilə yuyulan qidalar vasitəsilə yoluxur .(medicina.az)

İshal, qarın ağrısı, şişkinlik və qusma kimi əlamətlərə səbəb olan bu bakteriyalar orqanizmə daxil olduqdan sonra 6-48 saat ərzində xəstəliyin yaranmasına səbəb olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR