• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkələr Ukraynaya silah verəcək

DÜNYA

29 Iyun 2022 | 09:43 | Müəllif: Subhan Mahmudov

Bu ölkələr Ukraynaya silah verəcək

Almaniya və Niderland Ukraynaya daha altı "Panzerhaubitze 2000" özüyeriyən haubitsa tədarük etməyi planlaşdırır.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrextlə niderlandlı həmkarı Kaisa Ollonqren arasında NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində keçirilən görüşdə müzakirə aparılıb.

Bundan əvvəl "Bild" qəzeti yazıb ki, Berlinin Kiyevə təhvil verdiyi "Panzerhaubitze 2000" haubitsaları Ukraynanın şərqindəki əməliyyatlarda istifadə edilib.

İyunun 21-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin Almaniyadan "Ukraynanın təlim keçmiş ekipajları olan" "Panzerhaubitze 2000" özüyeriyən haubitsalarını aldığını açıqlayıb. Eyni zamanda o, bildirib ki, bu, artıq Kiyevin aldığı 155 kalibrli artilleriyanın altıncı növüdür.

"Panzerhaubitze 2000" haubitsalarının atəş sürəti standart döyüş sursatları ilə 30-35 km, raket mərmiləri ilə isə 50-60 km hədəfi nişan ala bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026