• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu vəzifəyə qəbul imtahanı keçiriləcək

CƏMİYYƏT

07 Iyul 2023 | 10:56

Bu vəzifəyə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 16-da məhkəmə hakimləri vəzifəsinə qəbul üçün test imtahanı keçirəcək.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, imtahan iki növbədə - saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada təşkil ediləcək.

İmtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınan namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026