• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Büdcə xərclərində sosial xərclər azalıb? - Bu fikri kim ortaya atıbsa...

İQTİSADİYYAT

11 Iyun 2024 | 13:46

Büdcə xərclərində sosial xərclər azalıb? - Bu fikri kim ortaya atıbsa...

2024-cü ilin dürüstləşdirilmiş büdcəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasının ardından sosial xərclərin azaldılması ilə bağlı bir sıra fikirlər irəli sürülməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə bu məsələ ətrafında aparılan müzakirələrdə pensiyaların azalması ilə bağlı narahatlıqlar müşahidə olunur. 

Milli Məclisin Əmək və sosial münasibətlər komitəsinin sədri Musa Quliyev Bakıvaxtı.az-a bildirib ki, büdcə xərclərində sosial xərclərin azaldılması müzakirə mövzusu deyil və azaldılmayıb: 

“Bu fikri kim ortaya atıbsa, tamamilə yanlışdır. Əksinə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 30 milyon manatlıq artımlar var”.

Komitə sədri bildirib ki, pensiyaların ödənilməsində də bu artımlardan istifadə olunacaq: 

“Dövlət Sosial Müdafiə Fonduna 190 milyon manatlıq artım var. Onun 160 milyon manatı dövlətdən olan transfertləri bağlamaq, azaltmaq üçün yönəlir. Yəni dövlətdən müəyyən pensiya və müavinətlərin, təqaüdlərin ödənilməsinə yönələn vəsaitə sərf olunur. 30 miyon manat isə pensiyaların artırılmasına və dövlət sosial müdafiə orqanlarının saxlanılmasına xərclənəcək”, - deyə o əlavə edib.

Günel Abbas


SON XƏBƏRLƏR

26 Iyul 2024