• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Buds CE qulaqlıqları təqdim edildi - QİYMƏTİ

MULTİMEDİA

03 Avqust 2022 | 06:24 | Müəllif: Qalib İbrahimoğlu

Buds CE qulaqlıqları təqdim edildi - QİYMƏTİ

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək.

Bakıvaxtı.az xəbəe verir ki, ondan öncə şirkət Nord brendi altında yeni büdcəli naqilsiz Buds CE qulaqlıqlarını təqdim edib. Təqdim edilmiş Nord Buds CE böyük ölçülü səsgücləndiricilər, telefon zəngləri üçün ətraf səs-küyün boğulması funksiyası və naqilsiz şarj texnologiyasının dəstəyi ilə diqqəti cəlb edir. Beləliklə sözügedən qulaqlıqlar titan materialdan hazırlanmış diafraqmaya sahib 13.4 mm-lik səsgücləndirici drayverlər ilə təchiz olunublar. Həmin drayverlər güclü basları təmin edirlər. Smartfona qoşulmaq üçün qulaqlıqlar BIuetooth 5.2 texnologiyasından istifadə edirlər.

OnePlus smartfonları ilə çalışan və bu halda oyun rejiminin aktivləşdirilməsi zamanı qulaqlıqların siqnalı qəbuletmə müddəti 94 millisaniyəyə düşür. Telefon zəngləri zamanı ətraf səs-küyün süni zəka əsaslı boğulması funksiyası işə düşür və kənar səslər ilə külək səsini bloklayır. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra Nord Buds CE fasiləsiz olaraq 4.5 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə qulaqlıqların ümumi çalışma müddəti 20 saata yüksəlir. Məlumatda qeyd edilib ki, sürətli şarj texnologiyası vasitəsilə qulaqlıqlar 81 dəqiqə ərzində çalışmaq üçün kifayət edəcək qədər enerji yığa bilirlə (tachnote.az). OnePlus Nord CE 29$ qiymətində satışa çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026