• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Canlı yayımda milçək yedi - VİDEO

MƏDƏNİYYƏT

09 May 2022 | 15:17

Canlı yayımda milçək yedi - VİDEO

Türkiyəli futbol şərhçisi və keçmiş hakim Ahmet Çakarın canlı yayımda etdiyi hərəkət sosial mediada gündəm olub. Belə ki, o, fincanına qonan milçəyi yeyib.

Bakıvaxtı.az xəbər verir ki, kadrlardan görünür ki, həşərat futbol şərhçisinin fincanına qonandan sonra digər şərhçi Rasim Ozan ondan milçəyi tutmasını istəyib. Çakar isə nəinki milçəyi tutur, hətta onu ağzına ataraq çeynəməyə başlayıb.

Proqramın digər iştirakçıları Sinan Engin, Rasim Ozan Kütahyalı və Abdülkerim Durmaz heyrətlərini gizlədə bilməyiblər. Onlardan bəziləri isə Çakarın bu hərəkətindən özünü pis hiss edib.

Keçmiş hakimin rahat və sakit davranışı sosial mediada da gündəm olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026