• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çap məhsulları ilə bağlı gözlənilən qərar: "Əslində, bu çoxdan olmalıydı"

CƏMİYYƏT

03 Noyabr 2021 | 15:44

Çap məhsulları ilə bağlı gözlənilən qərar: "Əslində, bu çoxdan olmalıydı"

Dünən Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə daxil olmuş kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunması barədə Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin ictimai müzakirəsi təşkil olunub. Nəticədə, kitablar ƏDV-dən azad edilir.

Bəs bu qərar qiymətlərə təsir edəcək?

Mövzu ilə bağlı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Bakıvaxtı.az-a danışıb:

"Dünən bu məsələ ilə bağlı ictimai müzakirə oldu. Proses artıq yekunlaşır, biz də buna çox sevinirik. İlk dəfə bu təşəbbüslə bağlı 10 il əvvəl çıxış edilib. Biz o vaxt ƏDV-nin ləğvi və kitaba dəstəklə bağlı aksiyalar da keçirmişdik. Təəssüflər olsun ki, o vaxt bu çox da yaxşı qarşılanmırdı. İnsanlar bu məsələyə, ümumiyyətlə, yaxın gəlmək istəmirdilər. Əslində, təşəbbüs çox gözəldir. Mən sevinirəm ki, bu məsələ Milli Məclisdə geniş müzakirəyə çıxarılıb. Bu kitabçılar üçün əsl bayramdır. Çoxdan olunmalı idi, amma, yenə də prosesin bitdiyinə çox sevinirəm. Ona görə İqtisadiyyat Komitəsinin sədri Tahir Mirkişiliyə çox böyük minnətdarlığımı bildirirəm. Həm kitab bazarında canlanma olacaq, həm də kitabların qiyməti aşağı düşəcək. Təbii ki, bu bir günün içində olan bir iş deyil. Çox qısa bir müddət ərzində görəcəksiniz ki, artıq kitab bazarında canlanma var, qiymətlər azalır, kitabçıların sayı artır. Bu o deməkdir ki, kitabların qiyməti aşağı enəcək və kitablar daha keyfiyyətli formatda çap olunacaq".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR