• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çavuşoğlu Ceyhun Bayramova təşəkkür etdi

SİYASƏT

17 Fevral 2022 | 10:42

Çavuşoğlu Ceyhun Bayramova təşəkkür etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

Bakıvaxtı.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Çavuşoğlu COVID-19-a yoluxması ilə əlaqədar ona şəfa diləklərini yetirdiyi üçün Azərbaycan XİN başçısına təşəkkürünü çatdırıb.

“Dualarını bizdən əsirgəməyən azərbaycanlı qardaşlarıma da bu vəsilə ilə salam və sevgilərimi çatdırıram”, - türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlunun koronavirus testi pozitiv çıxıb, onun Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR