• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - FOTO

CƏMİYYƏT

25 Avqust 2023 | 11:22 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - FOTO

Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil vermişdilər.

 


Cəlilabadda 22 yaşlı qadın itkin düşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026