"Cənubi Qafqazda normallaşma prosesi davam edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması bölgədə sülh və sabitliyə töhfə verəcək. Nazir qeyd edib ki, səmimi addım atılarsa, Cənubi Qafqazda sabit sülh əldə edilə bilər:
"Regionda sabitlik iqtisadi inkişafa da öz təsirini göstərəcək".
















