• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gürcüstanda Aİ bayrağını yandıranlar cərimələndi

DÜNYA

17 Mart 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda Aİ bayrağını yandıranlar cərimələndi

Gürcüstan hüquq-mühafizə orqanları bu yaxınlarda ölkə parlamenti yaxınlığında Avropa İttifaqının bayrağını yandıran beş nəfəri cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN “Mühafizəkarlar Hərəkatı”nın lideri Zurab Maxaradze və onun dörd tərəfdaşının hər birini min lari (390 dollar) məbləğində cərimələyib. Nazirlik “bu prosesdə iştirak edən digər şəxslər barəsində qanunamüvafiq tədbirlər görüldüyünü” bildirib.

Qeyd edək ki, keçən ildən etibarən Gürcüstanda Aİ, NATO və digər beynəlxalq təşkilatın, habelə, Gürcüstanın diplomatik əlaqələri olan ölkələrin bayrağının və ya gerbinin təhqir edilməsi qanun pozuntusu sayılır. Bu hərəkətlər cərimə və 15 günə qədər inzibati azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026