• Bakı 20° C

    11.46 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

SİYASƏT

28 Sentyabr 2022 | 14:18

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlərin, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.


SON XƏBƏRLƏR

10 May 2025