• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ceyhun Bayramov Zəngəzur dəhlizindən DANIŞDI

SİYASƏT

12 Dekabr 2022 | 16:55

Ceyhun Bayramov Zəngəzur dəhlizindən DANIŞDI

"Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.

"Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək", - nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR