• Bakı 16° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ceyranbatan kanalında batdığı ehtimal olunan oğlanın axtarışları davam edir 

HADİSƏ

25 Aprel 2024 | 15:49

Ceyranbatan kanalında batdığı ehtimal olunan oğlanın axtarışları davam edir 

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

    Hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

    Əlavə məlumat veriləcək.


    SON XƏBƏRLƏR

    04 May 2024