• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çimərlik voleybolçularımız beynəlxalq yarışa yollanıb

İDMAN

04 Sentyabr 2024 | 14:48 | Müəllif: Əli Hüseynov

Çimərlik voleybolçularımız beynəlxalq yarışa yollanıb

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.

Voleybol Federasiyasından Bakıvaxıt.az-a verilən məlumata görə, təmsilçilərimiz bu gün qardaş ölkəyə yola düşüblər.

Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə - Lizi Latsabidze; Nərmin Səmədzadə - Fidan Əhmədxanov; Larisa Smetsova - Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov - Heydər Məmmədli; Nəriman Bayramlı - Muhammad Aslanlı, İbrahim Məmmədov - Aqşin Ağazadə) komandası təmsil edəcək.

Kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında yarışacaqlar.

Qeyd edək ki, bu gündən startı veriləcək və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026