• Bakı 22° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Çimərliklər mövsümə HAZIRDIR? - VİDEO

CƏMİYYƏT

10 Iyun 2025 | 00:49

Çimərliklər mövsümə HAZIRDIR? - VİDEO

Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir.

İstirahət məkanının administratoru İbrahim Novruzov bildirib ki, hazırlıqları 2 aya yaxındır davam edir.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də əraziyə giriş və dənizə çıxış tamamilə ödənişsizdir.

Çimərlikdə xidmətlərlə yanaşı, restoran və kafe zonalarında da qiymətlər stabil saxlanılıb. İstirahət mərkəzinin əməkdaşı yemək qiymətlərində artımın olmadığını deyir.

Qeyd edək ki, çəkiliş apardığımız istirahət mərkəzlərində təmizlik, təhlükəsizlik və xidmət səviyyəsi ilə bağlı müvafiq qurumların monitorinqi davam edir. Rəsmi çimərlik mövsümü isə iyunun 15-də açılacaq.

 


SON XƏBƏRLƏR

09 Iyun 2025