• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

“QHT işi” üzrə saxlanılanların həbs müddəti uzadıldı

CƏMİYYƏT

09 Iyul 2025 | 19:36

“QHT işi” üzrə saxlanılanların həbs müddəti uzadıldı

“Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, qərar iyulun 9-da Binəqədi Rayon Məhkəməsində ayrı-ayrı keçirilən proseslərdə verilib.

Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.


SON XƏBƏRLƏR