"ABŞ-nin Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ballistik raketlərdən istifadə etməyə icazə verdiyi barədə xəbərlər fonunda Pekin Ukraynada mümkün qədər tez deeskalasiya və atəşkəs əldə olunmasını dəstəkləyir".
Bakıvaxtı.az "Global Times"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.
O, vurğulayıb ki, Çinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi dəyişməzdir və Pekin münaqişənin sülh yolu ilə həlli üçün axtarışa kömək etməyə davam etməyə hazırdır.
"Mümkün qədər tez barışıq əldə etmək və münaqişənin siyasi həlli bütün tərəflərin maraqlarına uyğundur", - deyə Çin XİN sözçüsü qeyd edib.
Gülşən Şərif