• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Pentaqonun sözçüsü Türkiyə ilə bağlı suallardanyayınıb

DÜNYA

18 Dekabr 2024 | 16:07

Pentaqonun sözçüsü Türkiyə ilə bağlı suallardan yayınıb

Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın Suriyadakı PKK/YPG və İŞİD-lə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bildirən açıqlama verib.

Bakıvaxtı.az bu barədə "Sözcü"yə istinadla xəbər verir.

Belə ki, Türkiyə ilə ünsiyyət kanallarının açıq olduğunu vurğulayan Rayder danışıqlara getməyə razı olduqlarını bildirib.

Rayder Suriyanın daxili siyasəti ilə bağlı şərh verməyəcəyini vurğulayıb.

Jurnalistin ABŞ-ın niyə NATO müttəfiqi Türkiyə ilə İŞİD-ə qarşı daha yaxın işləmədiyi sualına Rayder belə cavab verib:

"Türkiyə çox dəyərli NATO müttəfiqidir. Suriyadakı vəziyyət və İŞİD kimi regional təhlükəsizlik məsələlərində kommunikasiya xətlərimiz açıq qalır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Aprel 2025