• Bakı C

    15.95 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Dərman anbarında çoxlu sayda cəsəd tapılıb 

DÜNYA

18 Dekabr 2024 | 16:39

Dərman anbarında çoxlu sayda cəsəd tapılıb 

Suriyanın paytaxtı Dəməşqdə dərman anbarında çoxlu cəsəd aşkar edilib.

Bakıvaxtı.az
bu barədə "Haber Global"a istinadla xəbər verir.

Bildirilib ki, aralarında uşaqların da olduğu 20-dən çox adama aid olduğu düşünülən cəsəd qalıqları tapılıb.

Mülki Müdafiə İdarə Heyətinin üzvü Ammar Selmo verdiyi açıqlamada Seyyide Zeynep bölgəsindəki dərman anbarında araşdırmaya başladıqlarını bildirib.

"Bura dərman anbarı sayılır, ancaq içəridə soyuducu tapdıq. Anbarın çürüyən cəsədlərin və skeletlərin saxlandığı bir sahəyə çevrildiyini gördük. Komandalarımız cəsədləri müəyyənləşdirməyə çalışır. Çalışırıq ki, skletləri toplayıb qurbanların sayını müəyyənləşdirək”- deyə bildirib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

15 Aprel 2025