• Bakı 20° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

"Zelenskinin yerində olsaydım, daha diqqətli olardım" - Duda

DÜNYA

17 Yanvar 2025 | 16:15

Zelenskinin yerində olsaydım, daha diqqətli olardım - Duda

Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskiyə bəyanatlarında daha diqqətli olmağı tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə o, "wPolsce24" telekanalına müsahibəsində danışıb.

Ukrayna prezidenti son açıqlamalarının birində prezidentliyə namizəd Karol Navroçkini tənqid edib. Tənqid yanvarın 15-də baş verən Volın qırğını ilə bağlı söhbət kontekstində səsləndirilib.

“Düzünü desəm, mən Zelenskinin yerində olsaydım, burada daha diqqətli olardım”, – Duda deyib. Onun fikrincə, Navrotskinin tənqidi yersizdir, çünki o, Volın qətliamını Zelenskidən daha çox bilir.

Mühafizəkar Hüquq və Ədalət partiyası tərəfindən dəstəklənən Navrotski tez-tez milli faciə ilə Ukrayna arasındakı əlaqədən danışır. Onun fikrincə, qonşu dövlət Volın qətliamına görə məsuliyyət daşımayınca, o, Avropa İttifaqı və NATO-ya üzvlük iddiasında ola bilməz.


SON XƏBƏRLƏR

27 May 2026
26 May 2026