• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Cinayət törədən 70 nəfər saxlanıldı

HADİSƏ

03 Iyun 2024 | 10:06

Cinayət törədən 70 nəfər saxlanıldı

1-2 iyun tarixlərində ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026