• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çində daşqın: 30-dan çox itkin var

DÜNYA

20 Iyul 2024 | 15:01 | Müəllif: Gülşən Şərif

Çində daşqın: 30-dan çox itkin var

Çinin Siçuan əyalətində şiddətli yağışların yaratdığı sel və daşqın 40-dan çox evi dağıdıb, 30-dan yuxarı sakin itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, təbii fəlakət gecə saatlarında Hanyuan rayonunun Sinhua kəndində baş verib.

Rayonun fövqəladə hallarla mübarizə qərargahından verilən məlumata görə, sel və daşqın avtomobil yollarına və kommunikasiya xətlərinə də böyük ziyan vurub.

Hazırda itkin düşənlərin axtarışları əlverişsiz hava şəraitində davam edir. (azertac)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026