• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Çində ŞƏT Dövlət Başçıları Şurasının iclası keçiriləcək

SİYASƏT

16 Iyul 2025 | 12:48 | Müəllif: Gülşən Şərif

Çində ŞƏT Dövlət Başçıları Şurasının iclası keçiriləcək

1 avqust-1 sentyabr tarixində Çində ŞƏT Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası 2025-ci il avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək.

Xatırladaq ki, iyulun 15-də Çin tərəfinin sədrliyi ilə Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının qarşıdan gələn iclasının məzmunlu məzmununa xüsusi diqqət yetirilib, Tyantszin Bəyannaməsinin layihələri, liderlərin bir sıra tematik bəyanatları, digər sənədlər və qərarlar əsas kimi qəbul edilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026