Bu gün Bakı şəhərində COP29 konfransının təntənəli açılış mərasimi start götürür.
Bakıvaxtı.az xəbər verir ki, iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərinə həsr olunan bu qlobal tədbir dünyanın hər yerindən hökumət rəsmilərini, iqlim mütəxəssislərini, vətəndaş cəmiyyəti nümayəndələrini və gənc fəalları bir araya gətirir.
Açılış mərasimində çıxış edən rəsmilər və ekspertlər iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayacaq və tədbirin əsas gündəliyi, prioritet istiqamətləri haqqında ətraflı məlumat verəcəklər. Xüsusilə, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, və ekoloji bərpa layihələri ilə bağlı müzakirələr gözlənilir.
Qeyd edək ki, COP29 konfransı iqlim dəyişikliklərinə dair beynəlxalq miqyasda yeni və təkmilləşdirilmiş strategiyaların hazırlanması və tətbiqi üçün mühüm platforma kimi çıxış edir.
Əli Hüseynov